Bu gündən ali məktəblərə imtahansız qəbul üçün müraciət başlayır

Bu gündən subbakalavrların ali məktəbələrə imtahansız qəbulu üçün müraciət başlanacaq.
1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, subbakalavrlar elektron formada müraciət etdikdən sonra DİM tərəfindən sorğu vasitəsilə onlar barədə məlumat əldə ediləcək: “Subbakalavrlar adi abituriyent kimi də ərizə verə bilərlər. Bu zaman onlar müsabiqədə iştirak üçün minimal bal toplamalıdırlar”.
Qafar Ağayev
492