Qəbul imtahanlarında hansı güzəştlər olacaq? – Məleykə Abbaszadə açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbul imtahanlarında hansı güzəştlər olacaq? – Məleykə Abbaszadə açıqladı

12:02 - 01 / 06 / 2020
Qəbul imtahanlarında hansı güzəştlər olacaq? – Məleykə Abbaszadə açıqladı

“Mart ayından sonrakı tədris proqramları builki imtahanlara salınmayacaq”.

1news.az xəbər verir ki,  bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il keçiriləcək qəbul imtahanlarında açıq sualların sayı iki dəfə azaldılacaq.

 “Ötən il qəbul imtahanlarında açıq sualların sayı 24 idi. Bu il isə 12 açıq sual olacaq. Bu da bir növ imtahanların formatını sadələşdirməkdir. Ötən illərin təcrübəsindən də görürük ki, abituriyentlər üçün əsas çətinlik açıq sualların cavablandırılması ilə bağlıdır. Bu, xüsusilə, riyaziyyat, ana dili və xarici dil fənləri ilə bağlıdır”.

M.Abbaszadənin sözlərinə görə, məktəblilərin də psixoloji durumunun çətin olduğunu düşünmək olar.

“Amma mümkün qədər virtual dərslərin imkanlarından yararlana bilərdilər. Biz əlavə hər hansı güzəşt etməyəcəyik. Bir daha abituriyentlərə səslənirəm ki, imtahanlara telefonla gəlməsinlər. Əks təqdirdə onların nəticələri nəzərə alınmayacaq”.

Qafar Ağayev

Paylaş:
617

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər