İmtahana gələnlər bu sənədi mütləq gətirməlidir – XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

İmtahana gələnlər bu sənədi mütləq gətirməlidir – XƏBƏRDARLIQ

12:14 - 01 / 06 / 2020
İmtahana gələnlər bu sənədi mütləq gətirməlidir – XƏBƏRDARLIQ

Buraxılış imtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bildirib k,  ailəsində koronavirusa yoluxan şəxs olan abituriyentlər iyunda keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcəklər: “Onlar sentyabrda imtahan verərək attestat ala biləcəklər, amma ali məktəblərə qəbul olmaq üçün bu il imtahan verə bilməyəcəklər. Belə hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də suçiçəyi, qızılca kimi xəstəliyi olanlar imtahanlara buraxılmayıblar. Biz insanların təhlükəsizliyini qorumalıyıq və bu, daha vacibdir”.

Qafar Ağayev

Paylaş:
698

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər