Şirvanda qeyri-rəsmi nikahda yaşadığı arvadını döyən yaşlı kişi saxlanılıb – VİDEO

Bir neçə gün öncə Şirvanda qadını hər kəsin gözü önündə döyən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, 1957-ci il təvəllüdlü Mirhüseyn Nağıyevi əvvəllər qeyri-rəsmi nikahda yaşadığı 1993-cü il təvəllüdlü Ayşən Məmmədlinin şikayəti əsasında saxlayıb.
Qadın şikayətində mayın 26-da Mirhüseyn Nağıyevin onun satıcı işlədiyi telefon mağazasına gələrək insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib.
Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.
İstintaq tərəfindən müəyyən edilib ki, Mirhüseyn Nağıyev 2012-ci ildən 2018-ci ilədək Ayşən Məmmədli ilə qeyri-rəsmi nikahda yaşayıb. Son 2 ildə isə ayrıca kirayədə qalıb.
Araşdırmalar zamanı həmçinin Ayşən Məmmədlinin Mirhüseyn Nağıyevin qaynı qızı olduğu məlum olub.
Qeyd edək ki, Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai siyasi qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışır.
S.Xankişiyeva