Kolleclərə sənəd verməyən şagirdlər iyunda baş tutan buraxılış imtahanında iştirak etməyə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə sənəd verməyən şagirdlər iyunda baş tutan buraxılış imtahanında iştirak etməyə bilər

17:31 - 02 / 06 / 2020
Kolleclərə sənəd verməyən şagirdlər iyunda baş tutan buraxılış imtahanında iştirak etməyə bilər

"Kolleclərə sənəd verməyən şəxslər iyunda baş tutan buraxılış imtahanında iştirak etməyə bilərlər".

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, həmin şagirdlər sentyabrda keçiriləcək buraxılış imtahanında imtahan verə bilərlə: "Orta təhsil səviyyəsini bitirən IX sinif şagirdləri ilə bağlı bir istisna var. Şagird orta ixtisas təhsili müəssisəsinə sənəd vermək istəmirsə və hazırda oxuduğu məktəbdən kənardadırsa, məsələn Gəncədə oxuyur, pandemiya dövründə yaşadığı Şəkiyə qayıdıbsa, bunun üçün həmin şagirdlər üçün DİM sentyabrda təkrar buraxılış imtahanı təşkil edəcək. İnsanlar bir araya nə qədər az gəlsələr, virusun yayılma riski aşağı düşür. Ona görə də DİM şagirdlərə şans verir ki, kolleclərə sənəd verməyən şəxslər sentyabrda buraxılıç imtahanı versin".

1news.az-

Paylaş:
687

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər