Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir anti-rekord qeydə alındı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir anti-rekord qeydə alındı - STATİSTİKA

18:27 - 02 / 06 / 2020
Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir anti-rekord qeydə alındı - STATİSTİKA

Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
1451

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər