Bakıda 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra ölüb

10:02 - 03 / 06 / 2020
Bakıda 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra ölüb

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. 

1news.az

Paylaş:
489

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər