Həftəsonu metro və avtobuslar işləməyəcək - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu metro və avtobuslar işləməyəcək - RƏSMİ

15:12 - 04 / 06 / 2020
Həftəsonu metro və avtobuslar işləməyəcək - RƏSMİ

Xəbər verdiyimiz kimi, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt karantin elan olunub. 

1news.az xəbər verir ki, qərara əsasən, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. 

Burada xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır.

1news.az

Paylaş:
651

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər