Bu günün statistikası: 262 nəfərdə koronavirus aşkarlanıb, 72 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 262 nəfərdə koronavirus aşkarlanıb, 72 nəfər sağalıb

17:09 - 04 / 06 / 2020
Bu günün statistikası: 262 nəfərdə koronavirus aşkarlanıb, 72 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 262 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib. . 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
564

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər