Ramin Bayramlı: Növbəti həftələrdə də 2-3 günlük məhdudiyyətlər ola bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: Növbəti həftələrdə də 2-3 günlük məhdudiyyətlər ola bilər

17:18 - 04 / 06 / 2020
Ramin Bayramlı: Növbəti həftələrdə də 2-3 günlük məhdudiyyətlər ola bilər

Ola bilsin ki, növbəti həftələrdə bayram günlərinə yaxın həftə sonları birləşdirlməklə 2-3 gün günlük qapanmalar tətbiq edilsin.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“COVID-19 virusunun yayılmasının azaldılması üçün karantin qaydalarının müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Bununla əlaqədar həftənin sonunda Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilir”.

R.Bayramlı qeyd edib ki, fəaliyətinə icazə verilən qurumlar barədə müvafiq məlumatlar müəssisələrə göndərilib.

“Tək həftə sonu qapanma xəstəliyin ayılmasının qarşısını almaq üçün yetərli deyil. Həftə ərzində də insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.

S.Xankişiyeva

 

Paylaş:
692

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər