TƏBİB: Həftə sonunda apteklər və marketlər tam bağlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Həftə sonunda apteklər və marketlər tam bağlanacaq

17:24 - 04 / 06 / 2020
TƏBİB: Həftə sonunda apteklər və marketlər tam bağlanacaq

Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Cümə günündə dövlət qurumlarında iş saatı 14.00-da bitəcək. Vətəndaşlar bunu bir bayram kimi qəbul etməsinlər. Bu, vətəndaşlara əlavə vaxt kimi verilir. Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq. Vətəndaşlar arasında hər hansı təşviş yoxdur. Vətəndaşların zəruri ehtiyaclarını ödəmək üçün bu gün və sabah kifayət qədər vaxtları var”.

S.Xankişiyeva

 

Paylaş:
614

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər