Şənbə-bazar günləri hərəkət tam məhdudlaşdırılacaq, mağazalar bağlanacaq - Operativ Qərargah | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə-bazar günləri hərəkət tam məhdudlaşdırılacaq, mağazalar bağlanacaq - Operativ Qərargah

09:32 - 04 / 06 / 2020
Şənbə-bazar günləri hərəkət tam məhdudlaşdırılacaq, mağazalar bağlanacaq - Operativ Qərargah

İstirahət günləri karantin rejimi sərtləşdiriləcək.

1news.az xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O, həftə sonları tam məhdudlaşdırılmaya keçiriləcəyini bildirib:

"Artıq məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Belə bir fikir var ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 5-ə qədər, müxtəlif saatlar ola bilər, səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, ictima nəqliyyatın, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın, iş rejimləri məhdudlaşdırılsın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın". 

1news.az

Paylaş:
1084

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər