Ramin Bayramlı: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər

09:35 - 04 / 06 / 2020
Ramin Bayramlı: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər

Səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.

1news.az-ın məlumatına görə, bunu ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işə gələn işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər. Müvafiq təklifimiz var. Qəbul edilsə, bu barədə məlumat veriləcək”.

1news.az

Paylaş:
484

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər