Sentyabra kimi həftə sonları küçəyə çıxma qadağa edilə bilər

Bu həftə sonu, ola bilsin ki, irəlidəki bir ay, bəlkə də 2 ay ərzində bütün həftə sonları, hətta həftə sonları bayrama yaxın günlərdə olacaqsa, üçüncü gün də əlavə etməklə 2 və ya 3 günlük tam şəkildə küçəyə çıxma qadağası tətbiq oluna bilər.
1news.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O, təklifin Operativ Qərargah tərəfindən qəbul edildiyini bildirib.
"Bu təklifimiz müzakirə olunub və Operativ Qərargah tərəfindən qəbul edilmişdi. Bu qərarın detalları müzakirədədir".
1news.az
596