Emin Ağalarovdan sensasion açıqlama – koronavurusa yoluxubmuş | 1news.az | Xəbərlər
Mədəniyyət

Emin Ağalarovdan sensasion açıqlama – koronavurusa yoluxubmuş

10:15 - 05 / 06 / 2020
Emin Ağalarovdan sensasion açıqlama – koronavurusa yoluxubmuş

Azərbaycanın Xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib.

E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun Instagram-da etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib:

“Xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçdim. Həyatında heç vaxt tək qalmamışam. Xəstəliyə görə iki həftə izolyasiya etmək məcburiyyətində qaldım. 40 il ərzində ilk dəfə özümlə tək qaldım”.

O,deyir ki, əksər hallarda asimptomatik xəstəlik keçirib. Və infeksiyanı təsadüfən bilib - işə hazırlaşaraq özünə ətir püskürüb və qoxunu hiss etməyib, yemək yeyərkən bəzi yeməklərin dadını bilməyib. Buna görə də xəstəxanaya gedərək lazımi analizləri verib.

Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını da bildirib. O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib.

S.Xankişiyeva

 

 

Paylaş:
21623

Son xəbərlər

Bütün xəbərlər