Bazar günü hava necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar günü hava necə olacaq? - PROQNOZ

13:22 - 06 / 06 / 2020
Bazar günü hava necə olacaq? - PROQNOZ

İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq. 

İyunun 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq.

1news.az

Paylaş:
983

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər