Artıq bu xəstəlik yaşa baxmır – Xəstəxanadan REPORTAJ - VİDEO

Bütün dünyada olduğu kimi Azərbaycanda da karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxanların sayı günü-gündən artır.
1news.az xəbər verir ki, "İctimai TV" "COVİD-19" xəstələrinin yerləşdirildiyi xəstəxanadan reportaj hazırlayıb. Sujetdən görünür ki, xəstələrin heç biri özünü yaxşı hiss etmir və nəfəs almaqda çətinlik çəkirlər.
Xəstəxananın reanimasiya şöbəsinin müdiri, həkim Gülarə Abbasova deyib ki, insanlar temperaturları artan zaman xəstəxanaya gəlməyə qorxurlar: "Otururlar evdə və vəziyyətləri ağırlaşır. 40 yaşında bir xəstəni itirdik. Artıq bu xəstəlik yaşa baxmır".
Reportajı sizə təqdim edirik:
1news.az
1148