Gəncədə gizli fəaliyyət göstərən çörək sexi aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə gizli fəaliyyət göstərən çörək sexi aşkarlandı

11:45 - 06 / 06 / 2020
Gəncədə gizli fəaliyyət göstərən çörək sexi aşkarlandı

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan 1news.az-a verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.

1news.az

Paylaş:
919

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

16 / 10 / 2025, 12:42

Sabirabad sakini itkin düşüb

16 / 10 / 2025, 12:39
Bütün xəbərlər