İş yerini dəyişmək istəyən müəllimlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İş yerini dəyişmək istəyən müəllimlərin sayı açıqlanıb

12:11 - 06 / 06 / 2020
İş yerini dəyişmək istəyən müəllimlərin sayı açıqlanıb

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. 

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib. 

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qafar Ağayev

Paylaş:
899

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər