Bakıda birmərtəbəli ev yanıb

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin ondulindən ibarət dam örtüyü 65 m² sahədə yanıb.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1news.az
559