Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib

Daxili İşlər Nazirliyi Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müracilət edib
1news.az xəbər verir ki, müraciətdə deyilir:
“Əziz vətəndaşlar! Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilib. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!
Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz.
Bir daha təşəkkür edirik!
Qafar Ağayev