Magistraturaya ixtisaslaşma seçimi cədvəli açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya ixtisaslaşma seçimi cədvəli açıqlanıb

11:09 - 08 / 06 / 2020
Magistraturaya ixtisaslaşma seçimi cədvəli açıqlanıb

Dövlət İmtan Mərkəzi “Magistr” jurnalının 3-cü nömrəsini nəşr edib

1news.az xəbər verir ki, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" və 44 və 70 nömrəli proqramlar üzrə qəbul imtahanı proqramları təqdim olunub. 

Magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı, proqram seçimi, ixtisaslaşma seçimi haqqında elan və digər zəruri məlumatlar «Magistr» jurnalının 4-cü nömrəsində sabah – 9 iyunda dərc olunacaq. 

«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) günün ikinci yarısından etibarən DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Qafar Ağayev

Paylaş:
766

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər