Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası - CƏDVƏL

Azərbaycanda koronavirusa yoluxanların 49,5 faizi Bakının payına düşür.
1news.az Trend-ə istinadən xəbər verir ki, ölkə üzrə ikinci ən çox yoluxma Gəncə-Qazax zonasındadır. Bu bölgə üzrə göstərici 13,4 faizdir. Yoluxmanın 10,6 faizi Abşeron yarımadası, 9,5 faizi Aran zonası, 7,3 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 4 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Şəki-Zaqatala, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,4 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,1 faizdir.
Xatırladaq ki, iyunun 8-nə qədər Azərbaycanda 7876 nəfər koronavirusa yoluxub. Onlardan 4377 nəfər sağalıb, 93 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 3406 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 343 min 391 nəfər üzərində koronavirus testi keçirilib.
1news.az