Azərbaycanda koronavirusa ən çox bu yaş qrupunda olanlar yoluxub

Azərbaycanda koronavirusa yoluxanların yaş qrupu üzrə statistikası açıqlanıb.
1news.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir.
Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. Bu virusdan dünyasını dəyişənlərin 35 nəfəri (43 faiz) 60-69 yaş, 19 nəfəri (23 faiz) nəfəri 70-79 yaş, 15 nəfəri (18 faiz) isə 50-59 yaş həddində olub.
Xatırladaq ki, iyunun 8-nə qədər Azərbaycanda 7876 nəfər koronavirusa yoluxub. Onlardan 4377 nəfər sağalıb, 93 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 3406 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 343 min 391 nəfər üzərində koronavirus testi keçirilib.
1news.az