Bakıda hündürmərtəbəli binada yanğın - 20 nəfər təxliyə olunub

Bakının Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 kv.m olan mənzildə ev əşyaları 20 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1news.az
614