Gültəkin Hacıbəyli və onun inəyi – Milli Şuranın qeybət şousu davam edir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gültəkin Hacıbəyli və onun inəyi – Milli Şuranın qeybət şousu davam edir – VİDEO

15:34 - 09 / 06 / 2020
Gültəkin Hacıbəyli və onun inəyi – Milli Şuranın qeybət şousu davam edir – VİDEO

Son vaxtlara qədər sıravi vətəndaşa müxalif Milli Şura rəhbərliyi və tərəfdarlarının iclaslarının tam olaraq necə keçiriləcəyini təsəvvür etmək çətin idi.

Bəziləri düşünə bilərdi ki, bu görüşlər zamanı ölkəmiz üçün vacib məsələlər – demokratik dəyərlər barədə düşüncələrə qapılan siyasətçilər, Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət aparatında islahatlar və ictimai institutların formalaşdırılması ilə bağlı qızğın müzakirələr gedir.

Bəziləri, bəlkə də müasir sivilizasiyanın inkişafı və gələcəyə dair proqnozlar barədə atəşli çıxışları xəyal edirlər.

Ancaq əslində hər şey daha mənasızdır.

Azərbaycan xüsusi karantin rejiminin tətbiqi ilə müxalifət liderlərinin toplantıları əvvəlcə onlayn rejimə keçdi, sonra iştirakçılardan birinin sosial şəbəkələrə video yerləşdirilməsi sayəsində ictimaiyyətə məlum oldu.

Beləliklə, məlum oldu ki, Milli Şurada ideallar deyil, lakin çoxlu qeybətçilər var.

Cinsi azlıqlara (Milli Şuraya görə, bunları yalnız "homoseksuallar" adlandırmaq lazımdır) qarşı istehza və təhdidlər hekayəsini hamımız xatırlayırıq.

“Müharibə zamanı Hitlerin onların hamısını öldürməsinə” dair fikirləri Milli Şuranın rəhbəri Cəmil Həsənlinin, himayəçisi Əli Kərimli və tərəfdarlarının mağara təfəkkürünü nümayiş etdirən sitatları təkcə ölkəmizə deyil, həm də beynəlxalq nəşrlərdə də dərc olunub.

Bu yaxınlarda baş tutan görüş zamanı (iştirakçıların birnin yenidən internetə sızması nəticəsində) Cəmil Həsənli hakim partiya ilə dialoqa girən müxalifət üzvlərini ayaqqabılarını belə silməyəcəyi “tryapka” adlandırması fikiri Əli Kərimlini güldürüb.

Daha sonra Gültəkin Hacıbəyli təşəbbüsü ələ alaraq partiya rəhbərlərindən birinin (“bakılı olub” deyə müxalifət lideri aydınlıq gətirib) rayonlara gedərkən öküzü “inəyin əri” söyləməsilə bağlı yersiz hekayə danışıb.

İlk baxışdan görünə bilər ki, Gültəkin Hacıbəyli sadəcə bəzi uyğunsuz cəfəngiyatlar danışır, əslində hər şey bir qədər fərqlidir.

Bu dedi-qodu dəstəsi içində olan yeganə qadının xüsusi rolu var - o, ya qısa hekayələr söyləməklə, ya da bəzi yersiz xatırlamaları ilə müzakirə dərəcəsini daim artırır və bundan sonra iclasdakı digər iştirakçılar, daha düzgün desək, bir-birlərinin qarşısında xoruzlanmağa başlayırlar.

Lakin bu dəfə heç bir nəticəsi olmadı.

İnək əhvalatından sonra Gültəkin Hacıbəyli daha əvvəl bizə məlum olan Rahim Hacıyev - müxalifət qəzeti sədrinin müavini, əvvəllər Altay Göyüşovun ünvanına təhqiramiz hücumları çəkən çıxış etdi.

Rahim Hacıyev adını açıqlanmayan "xarici diplomatlar"dan sitat gətirərək cəmiyyətimizi məsuliyyətsiz və mütəşəkkil adlandırdı:

“Buradakı insanlar uzun danışandılar, mənasız və mahiyyətsiz... uzun giriş nitqləri ilə danışırlar”- Hacıyev qeyd edir.  

“Nə gözəl xarakteristika ediblər”, söyləyən Hacıbəyli, bu sözlərin onun üçün xüsusi olaraq ünvanlandığının fərqinə varmayıb.

“Kimdən söhbət gedir? Bu uzun giriş nəyə lazım idi?” – deyə iştirakçılardan biri müzakirələri dayandırır.

Burada təəssüf ki, video kəsilir.

Lakin buna baxmayaraq, bu qısa videodan ən azı iki nəticə çıxarmaq olar.

Birincisi, Milli Şuranın ölkəmizin siyasi qüvvələri arasında bir növ fikir mübadiləsi qurmaq üçün nəzərdə tutulmuş siyasi dialoqun mahiyyətini tamamilə anlamaması (bu cənabların müzakirələrinin şahidi olsanız, dialoqun onların olmamasından çox şey itirməyəcəyi başa düşülür)

İkincisi: özlərini müxalifətin lokomotivi adlandıran bəylər deyəsən, öz adekvatlığını tamamilə itirdiklərinin fərqinə varmayırlar. Və bilirsiniz ki, artıq bu, sondur.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
851

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər