Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO

09:45 - 09 / 06 / 2020
Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

1news.az-ın məlumatına görə, Binəqədi RPİ Post Patrul Xidməti və 40-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.

Qafar Ağayev

Paylaş:
558

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər