Bakıda koronavirusa yoluxma ən çox bu rayonda qeydə alınıb – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda koronavirusa yoluxma ən çox bu rayonda qeydə alınıb – SİYAHI

11:41 - 09 / 06 / 2020
Bakıda koronavirusa yoluxma ən çox bu rayonda qeydə alınıb – SİYAHI

Azərbaycanda COVID-19 infeksiyasına yoluxanların 49,5 faizi paytaxtın payına düşür.

Bakıdakı rayonlar üzrə ümumi yoluxanlar arasında ən çox xəstə isə Sabunçu rayonundandır.

1news.az-ın koronavirusinfo.az-a istinadla verdiyi xəbərə görə, əvvəllər bu göstəricidə Yasamal rayonu birinci yerdə olsa da, hazırda bu yerdə 12,8 faizlə Sabunçu rayonu sayanır.

İkinci yerdə 12,7 faizlə Yasamal, üçüncü yerdə 12 faizlə Binəqədi rayonu qərarlaşıb. Sonrakı yerlərdə 11,3 faizlə Xətai,11,2 faizlə Nəsimi, 9,6 faizlə Nərimanov, 9,1 faizlə Suraxanı, 6,9 faizlə Nizami, 6,8 faizlə Qaradağ, 4,5 faizlə Xəzər, 2,8 faizlə Səbail, 0,4 faizlə Pirallahıdır.

Son məlumata görə, ölkəmizdə koronavirusa yoluxanların ümumi sayı 7876, sağalanlar 4377, aktiv xəstə sayı 3406-dır. COVİD-19 qurbanlarının sayı 93 nəfər çatıb. Ümumilikdə indiyədək ölkədə COVİD-19-la bağlı 343 391 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
823

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər