Magistraturaya qəbul planı dərc edilidi | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya qəbul planı dərc edilidi

11:49 - 09 / 06 / 2020
Magistraturaya qəbul planı dərc edilidi

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elanı dərc edib.

1news.az xəbər verir ki, mərkəzin yaydığı məlumata görə, bu nömrədə, həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub:

"Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib".

Qafar Ağayev

Paylaş:
543

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər