Qonaq getdikləri evin sahibini bıçaqladılar, pulunu alıb qaçdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Qonaq getdikləri evin sahibini bıçaqladılar, pulunu alıb qaçdılar

12:21 - 09 / 06 / 2020
Qonaq getdikləri evin sahibini bıçaqladılar, pulunu alıb qaçdılar

Ağsu rayonunda vətəndaşa qarşı evində quldurluq edilib.

1news.az Trend-ə istinadən bildirir ki, Ağsu şəhər sakinləri, əvvəllər qəsdən adam öldürmə və oğurluğa görə məhkum edilmiş Səfərov Raul Ağalar oğlu və dövlətə xəyanətdə məhkum edilən Nuriyev Eldəniz Bəyalı oğlu şəhər sakini Seymur Məmmədovun evinə qonaq gəlib.

Orada yeyib-içəndən sonra R.Səfərov və E.Nuriyev ev sahibi S.Məmmədovun boğazına bıçaq dirəyərək ondan 500 manat tələb ediblər. S.Məmmədov evində olan 190 manatı onlara versə də, həmin şəxslər onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

1news.az

Paylaş:
494

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər