Bakı-Sumqayıt qatarları 2 gün işləməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarları 2 gün işləməyəcək

14:18 - 11 / 06 / 2020
Bakı-Sumqayıt qatarları 2 gün işləməyəcək

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. 

Bu barədə 1news.az-a  "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Bildirilib ki, iyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.

Qafar Ağayev

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər