Aprel-may ayları ərzində 25 min sərnişin daşınıb - Arif Məmmədov | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprel-may ayları ərzində 25 min sərnişin daşınıb - Arif Məmmədov

17:22 - 11 / 06 / 2020
Aprel-may ayları ərzində 25 min sərnişin daşınıb - Arif Məmmədov

“Biz ilk dəfə beynəlxalq səviyyədə məlumat yerləşdirdik ki, mayın 31-nə qədər Azərbaycana uçuşlar qadağandır. Daha sonra isə bu məlumatları yenilədik və qadağa müddətini iyulun 1-nə qədər uzatdıq”. 

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib:

“Sərnişin daşımaya məhdudiyyətlər qoyulsa da, yükdaşımada heç bir məhdudiyyət olmayıb. Bu dövrdə yükdaşımalarda humanitar yardımlar da daxil olmaqla ötən il ilə müqayisədə 25-27% artım olub”.

“Aprel-may aylarında 25 minə yaxın sərnişin daşınıb” – deyə, A.Məmmədov əlavə edib.

Qafar Ağayev

Paylaş:
514

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər