Eldar Hacıyev: AZAL pandemiyaya görə işçilərini ixtisar etməyib

“2019-cu ildə əgər biz 4 milyon 740 min sərnişinə xidmət göstərmişdiksə, 2020-ci ilin hazırkı dövründə cəmi 760 min sərnişinə xidmət göstərilib”.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
“Hər ilki 10 faizlik artımı nəzərə alaraq biz düşünürdük ki, iyun ayının yekunlarına qədər biz 2 milyon yarıma qədər sərnişinə xidmət göstərəcəyik”.
“Ancaq indiyə qədər cəmi 760 min sərnişinə xidmət göstərilib. Cənab Prezidentin Azərbaycan Mülki Aviasiyasına olan xüsusi baxışını, diqqətini nəzərə alaraq təbii ki, Azərbaycan bəlli maliyyə dəstəkləri göstərilir. Bu gün əməkdaşlarımız, yüksək ixtisaslı pilotlarımız maaşlarını vaxtı-vaxtında alırlar. Dünyanın başqa ölkələrində olan hava yolları şirkətlərindən fərqli olaraq biz işçilərimizi ixtisar etməmişik”.
Qafar Ağayev