TƏBİB: Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər çatdırılmanı pulsuz həyata keçirəcək

Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin sahiblərinə tövsiyə edirik ki, çatdırılmanı pulsuz həyata keçirsinlər.
1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Bu haldan sui-istifadə edilməməsi üçün vətəndaşlara da müraciət etmişik. Gündəlik istifadə olunan dərmanların tədarükünün əvvəlcədən görülməsi məsləhətdir. Yalnız həyati vacib hallarda apteklərdən dərman sifariş etmək lazımdır”.
S.Xankişiyeva
497