Aviabiletlərin pulları nə zaman geri qaytarılacaq? – Eldar Hacıyev açıqladı

“Hal-hazırda bizim sərnişinlərin əlində 178691 biletimiz var. Həmin aviabiletlər qadağalardan əvvəl alınıb. Bu sərnişinlərimizdən hamısı biletlərinin geri qaytarılmasını istəmir, böyük əksəriyyət Azərbaycan Hava Yollarının öz uçuslarını bərpa etməsini gözləyir. Həmin sərnişinlər biletlərini yeni istiqamətlərə dəyişmək istəyirlər”.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
O bildirib ki, Ancaq əgər sərnişin biletinin pulunu almaq istərsə, zamanı gəldiyində qaytarılacaq. “Belə ki, qanunvericiliyə uyğun olaraq aviaşirkət fəaliyyətini bərpa edəndən 60 gün sonra biletlərin pullarını qaytarmaq prosesinə başlanılacaq”.
Qafar Ağayev