“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq

11:21 - 11 / 06 / 2020
“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) 1news.az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.

1news.az

Paylaş:
698

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər