Qobu və Hökməliyə qaz çəkilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobu və Hökməliyə qaz çəkilir - FOTO

12:37 - 11 / 06 / 2020
Qobu və Hökməliyə qaz çəkilir - FOTO

2020-ci il üzrə ölkədə qazlaşma işlərinə dair dövlət proqramının icrası çərçivəsində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində qaz çəkilişlərinə start verilib.

"Azəriqaz" İstehsalat Birliyindən 1news.az-a verilən məlumata görə, Qobu qəsəbəsində yeni yaşayış massivində 1441 fərdi yaşayış evi qazlaşdırılacaq. Layihə üzrə ümumi uzunluğu 90 kilometrə yaxın küçə xətlərinin çəkilişi planlaşdırılır. Evdaxili xətlərin uzunluğu isə təqribən 32 kilometrə yaxın olacaq. Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən yeni yaşayış massivində isə 220 fərdi yaşayış evinin qazlaşdırılması planlaşdırılır. Burada çəkiləcək müxtəlif diametrli daşıyıcı, küçə və evdaxili xətlərin ümumi uzunluğu 27 kilometrə yaxındır. Hazırda qazlaşma işlərinin vaxtında tamamlanması üçün hər iki qəsəbədə işçi qüvvəsi var gücü ilə çalışmaqdadır.

1news.az

Paylaş:
493

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər