Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb

14:33 - 12 / 06 / 2020
Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb

Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb.

Fövəqladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yanğın olması ilə əlaqədar Fövəqladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
497

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər