Azərbaycan əhalisinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

15:53 - 12 / 06 / 2020
Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 14473 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il may ayının 1-i vəziyyətinə 10081581 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.

Bu ilin dörd ayında ölkə üzrə 20519 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 571 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 328 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.

1news.az

Paylaş:
563

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər