2500-dən çox abituriyentə xəbərdarlıq SMS-i göndərildi | 1news.az | Xəbərlər
Cəmiyyət

2500-dən çox abituriyentə xəbərdarlıq SMS-i göndərildi

15:50 - 12 / 06 / 2020
2500-dən çox abituriyentə xəbərdarlıq SMS-i göndərildi

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı bir qeyd aparan və ərizəsini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək ərizələrini təsdiq etmək imkanı yaradıb.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, 10 və 11 iyunda yuxarıda qeyd olunan kateqoriyaya aid olan 2500-dən yuxarı abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq “SMS”ləri göndərilib. 

Edilən xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər hələ də ərizələrini təsdiq edə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

Qeyd. Elektron ərizəsi olmayan, həmçinin ərizənin təsdiqi üçün Dövlət İmtahan Mərkəzinin məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.

1news.az

Paylaş:
719

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər