Baş Prokurorluğa yeni mətbuat xidməti təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluğa yeni mətbuat xidməti təyin olundu

16:21 - 12 / 06 / 2020
Baş Prokurorluğa yeni mətbuat xidməti təyin olundu

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni vəzifəyə təyinat alıb.

Baş Prokurorluqdan  1news.az-a verilən məlumata görə, uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Günay Səlimzadə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.

Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qafar Ağayev

Paylaş:
771

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər