Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxdu, 183 nəfər sağaldı

Azərbaycanda 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Qeyd edək ki, Azərbaycanda hazırkı dövrədən ümumilikdə 9218 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 5113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.
İndiyədək 368 254 koronavirus testi aparılıb. Son sutkada aparılmış testlərin sayı isə 5600 olub.
1news.az
698