Mingəçevirdə avtomobil piyadaları vurub, 2-si ölüb, 3-ü xəsarət alıb

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
1news.az APA-ya istinadən bildirir ki, "Mercedes" markalı minik maşını "Hyundai" markalı avtomobillə toqquşub. İdarəetmədə çıxan "Mercedes" yol kənarındakı piyadaları vurub. Nəticədə piyadalardan 2-i ölüb, 4-ü xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
796