TƏBİB: Koronavirusa yoluxduğunu gizlədən kifayət qədər insan var | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Koronavirusa yoluxduğunu gizlədən kifayət qədər insan var

18:21 - 12 / 06 / 2020
TƏBİB: Koronavirusa yoluxduğunu gizlədən kifayət qədər insan var

COVİD-19-a yoluxaraq evdə özünü müalicə etdirən və bu xəstəliyini gizlədən kifayət qədər insan var.

1news.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, belə halları gizlətmək vəziyyətin daha da pisləşməsinə səbəb olur.

Əhaliyə xəstəliklə bağlı halları gizlətməməyi tövsiyə edən V.Əliyev əlavə edib ki, pandemiya dövründə ölkədə ikinci dəfə sərt karantin rejimi tətbiq olunacaq:

"Həftəiçi günlərdə də insanlar lazımi təlimatlara əməl etməlidirlər. Əsas məqsəd odur ki, həftə sonlarında iki günlük də olsa, insanların təmasları azalsın".

1news.az

Paylaş:
845

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər