Maştağada həyətdə narkotik plantasiyası aşkarladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağada həyətdə narkotik plantasiyası aşkarladı

09:28 - 12 / 06 / 2020
Maştağada həyətdə narkotik plantasiyası aşkarladı

Bakıda narkotik becərməsilə məşğul olan şəxs yaxalanıb.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklə Mübarizə Bölməsi əməkdaşları daxil olan məlumat əsasında qəsəbə sakini Rəfael Cabbarovun həyətyanı sahəsinə baxış keçiriblər. Baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə becərdilən, ümumi çəkisi 12 kiloqram 785 qram olan 172 ədəd çətənə kolu aşkar edilib. R. Cabbarovun evindən isə 5 kiloqram 15 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

1news.az

Paylaş:
647

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər