Bu tarixlərdə anomal istilər gözlənilir – XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tarixlərdə anomal istilər gözlənilir – XƏBƏRDARLIQ

09:40 - 12 / 06 / 2020
Bu tarixlərdə anomal istilər gözlənilir – XƏBƏRDARLIQ

İyunun 13 və 14-də havanın temperaturu yüksələcək. Maksimal  temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

Bununla bağlı əhaliyə xəbərdarlıq edən Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da  əksər əhali  üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.

İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bununla bağlı Xəzər TV-nin hazırladığı sujeti təqdim edirik.

1news.az

Paylaş:
588

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər