TƏBİB ofis işçiləri üçün koronavirusdan qorunma qaydalarını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB ofis işçiləri üçün koronavirusdan qorunma qaydalarını açıqladı

12:24 - 12 / 06 / 2020
TƏBİB ofis işçiləri üçün koronavirusdan qorunma qaydalarını açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi (TƏBİB) ofis daxilində koronavirusdan qorunmaq üçün qaydaları açıqlayıb.

TƏBİB-dən 1news.az-a bildirilib ki, ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlər ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bu qaydalara əməl etməlidirlər:

-Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.

- Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.

- Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.

- Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.

- Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.

1news.az

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər