Ceyhun Bayramov: “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir

"Məzunlar üçün unudulmaz olan "Son zəng"i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir"
1news.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Son zəng"lə əlaqədar 11-ci sinif məzunlarına müraciətində deyib. Nazir bildirib ki, bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır.
"Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir. Bu tədris ilinin ikinci yarımilindən şagirdlər doğma məktəblərindən, müəllimlərindən, müəllimlərimiz isə şagirdlərindən ayrı düşməli olublar. Məktəb hər bir şagird üçün ikinci evi qədər doğmadır. Lakin bizim müəllimlərin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss edilmədi. Pandemiya dövründə təhsil prosesinin fasiləsizliyini təmin etmək üçün səylərini əsirgəmədən fədakar çalışan müəllimlərə öz dərin təşəkkürümü bildirirəm. Onlar öz şəxsi qayğılarını unudaraq, evdən virtual dərslər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar. Bu dövr valideynlər üçün bir sınaq oldu".
Qafar Ağayev