Azərbaycanın Rusiyadakı səfirliyi: Vətəndaşımızın öldürülməsi ciddi nəzarət altındadır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Rusiyadakı səfirliyi: Vətəndaşımızın öldürülməsi ciddi nəzarət altındadır

14:58 - 15 / 06 / 2020
Azərbaycanın Rusiyadakı səfirliyi: Vətəndaşımızın öldürülməsi ciddi nəzarət altındadır

“13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib”.

Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib. Bilidirib ki, bundan əlavə cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlanıb.

Qeyd olunub ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır. İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicək.

1news.az

Paylaş:
793

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər