Koronavirusa yoluxan həkim: İnsanlara “bu virus yoxdur” deyib, onları çaşdırmayın

Koronavirusa yoluxan Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli ötən gün "Facebook"da status yazaraq "Covid-19"-a inanmayanlara müraciət edib.
1news.az Nicat Əzimlinin yazdığı statusu təqdim edir:
"Bugünkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara "bu virus yoxdur" deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidi ilə", - deyə qeyd edib.
Qafar Ağayev
852